Qadin dunyasi ---- Adet en-eneler
Oğlanla qız bir-birini sevəndə əvvəlcə elçilik olardı. Sonra nişan.Bizdə qızı nişanlı çox saxlamazdılar.
Toy iki gün iki gecə olardı.Toydan üç gün qabaq parça biçimi olardı.Bütün kəndin qadınları yığışardı qız evinə ,yeyib içəndən sonra paltar tikən(yəni dərzi) qadın qayçını götürüb paltarlığın birini azca kəsərdi.Gəlinə nə gətirsələr, parça biçimi günü gətirərdilər .
Özü də xonçada yox, bir neçə çamadanda. Toyda ,çadırda yalnız kişilər olardı. Onlar da aşığa qulaq asıb yemək yeyərdilər.Yeməklər buğlama, dolma və balıq olardı. Yeməkdən sonra kişilər gedər və qızlar,qadınlar ,cavanlar çadıra oynamağa yığılardılar.
Qız və oğlanın yengələri hamını oynadardılar.Qız toyuna bəy gəlməzdi,qız özü qırmızı paltarda oturardı toyunda və bircə dəfə oynadardılar ,vəssalam.Hamı gedəndə qız öz bacılığı,oğlan da qardaşlığı evinə getməliydi.Orda xınayaxdı olardı.
Bacılıq və qardaşlıq hərəyə bir şah bəzəyərdilər. Sabahı oğlan toyu olurdu.Oğlan evindən gəlib qızı aparardılar .Oğlan toyuna qızın ata və anası getməzdi.Ayıb sayılırdı. Oğlan toyu günü at çapardilar, kimin atı birinci gəlsə ,qız yengəsi nəmər verərdi.
Yenə kişilər yeyib-içib gedəndən sonra toy başlayardı.Toyun axırında gəlini gətirərdilər çadıra bircə dəfə oynadardılar və toy qurtarardı.
***** QaraQan.az