Qadin dunyasi ---- Sevgiliniz size xeyanet edir
Sevgiliniz günahkarlıq hissini basdırmaq üçün sizin istəklərinizə qarşı həmişəkindən daha həssas yanaşacaq. Xüsusən digər münasibətinin ilk dövrlərində.
Belə bir vərdişi olmayan biri başqa münasibət yaşayanda sizə tez-tez hədiyyə alar.
Gündəlik həyatında vərdişlərini dəyişdirir, ya da yeni hobbilər mənimsəyir.
Yaşadığı hissi qarışıqlıq səbəbindən adi səbəblərdən mübahisələr çıxarır.
Ona daha şəfqətli yanaşmanız üçün sizin yanınızda daha depressiv davranar.
Sizinlə fərqli bəhanələrlə daha az danışmağa və daha az vaxt keçirməyə çalışar.
Yuxusunda tez-tez kabus görür. Bəzən isə gecələr heç yata bilmir.
Musiqi, film sahələrində zövqü dəyişir. Yeni münasibətinin zövqləri ilə bağlı olaraq dəyişə bilər.
Özünü birdən-birə çox bəyənməyə başlayar. Vaxtını güzgü qarşısında keçirir.
Sizi ya da münasibətinizi başqaları ilə müqayisə edə bilər.
Heç bir tənqidə səbrlə yanaşmaz. Özünü müdafiə edər.
Evə gec gəlməyə başlayar. Evdəki məsuliyyətlərini unudar, ya da əvvəl evdə diqqət etdiyi məsələləri önəmsəməz.
Necə göründüyünüzlə çox az maraqlanar.
Səni sevirəm deməz.
Sizin ona hazırladığınız sürprizlərə qarşı əvvəlki kimi həyəcanlı yanaşmaz.
Özünü başqaları ilə müqayisə etməsi sizə olan marağını itirməsindən irəli gəlir.
Telefonunda zəng və mesaj qutusunu həmişə boş saxlayar.
Birdən-birə dostları ilə daha çox vaxt keçirməyə başlayar.
Saçınızı sığallamaq kimi şəfqətli hərəkətlər etməz.
Münasibətinizin gələcəyi haqqında heç nə danışmaz.
Birdən-birə kitab oxumağa, musiqi dinləməyə marağı artar.
Yataq otağında da aranızda məsafələr qoymaq üçün bəhanələr uydurar.
Zarafatları sizi güldürmək yerinə qəlbinizi qırar, əvvəlki xoş rəftarı qalmaz.
Öz şəxsi sərbəstliyini qorumaq üçün sizdən uzaqlaşar.
Yuxusunda başqa adlar sayıqlayar.
Yaxın ətrafınızdakı insanlar artıq sizin münasibətinizdə nələrinsə dəyişdiyinin fərqinə varıb.
Onunla bağlı soruşduğunuz suallara səbrli davrana bilmir.
Səhər oyandığında kiminlə birgə olduğunu dəqiqləşdirmək üçün ətrafına yaxşı baxar.
Evdəykən qapıları bağlı saxlamağı xoşlayar. Xüsusən kompüterlə işləyərkən narahat edilmək istəməz
***** QaraQan.az