Qadin dunyasi ---- Saclari seksual etmeyin 10 yolu
Bir kişini başdan çıxarmaq istəyirsizsə, saçlarınızdan istifadə edin.
Seksual saçlara sahib olmanın 10 yolunu təqdm edirik.
Dağınıqlıq gözəldir. Cazibədar olmaq üçün qüsursuz olmaq şərt deyil. Saçların iri dalğası üçün fenləmədən əvvəl hindistan qozu yağlı bir serrum sürtün. İri dalğa verilmiş saçları dağıdıb önə atın.
Saçlarınızı yandan ayırın. Bu saç stilinin hər tip üzə yaraşdığı deyilir. Nazik dişli daraqla qaşınızın bitdiyi nöqtədən saçlarınızı yana ayırın.
Qumral bomba olun. Beyonsun qızılı və qəhvəyi qarışımı, şokoladlı qəhvə rəngini sınaya bilərsiz.
İpək kimi saçlar üçün saçı şampunlamadan əvvəl istədiyiniz maskanı 10 dəqiqəyə qədər saçınızda saxlayın. Duruladıqdan sonra şampunlayın.
Əlinizin tərsi ilə saçları geri atmaq sizə seksual hava qatacaq.
Saçı barmaqlara dolamaq, oynatmaq güvən əskikliyinin bir əlamətidir.
Qoxunuz duyulsun. Çiçək qoxulu və seksual bir ətri boynunuza vurun. Başınızın hər hərəkəti ilə ətriniz ətrafa yayılsın
Hərəkətli saçlar daha cazibədardır. Dümdüz saçlardansa, hərəkətli qatlar kəsdirin.
Parıldayan saçlarla yağlı saçlar arasında fərq var. Silikon tərkibli spreylər vurun. Ovcunuza sıxıb saçınızın üzərinə gəzdirin.
Saçları qulaq ardına verməniz bütün cazibədarlığınızı siləcək. Saçınızı yığsanız da, qulaq ardına verməyin. Tellərin üzünüzə tökülməsinə çalışın.
Topuz yığarkən kip şəkildə deyil, qələmlə yığın
***** QaraQan.az