Qadin dunyasi ---- Pehriz(diet)
Bəzən tez zamanda arıqlamaq istəsək də, nəfsimizə qalib gəlməkdə çətinlik çəkirik. Əgər siz də pəhriz saxlamaqda çətinlik çəkənlərdənsinizsə, sizə sevindirici bir xəbərimiz var. Sən demə, çox yeməklə də arıqlamaq mümkün imiş. Bu zaman əsas olan yediklərimizin miqdarına diqqət etməkdir. Bəs bu zaman nəyi, nə qədər yemək lazımdır? Sizə də maraqlıdırsa, məqalənin davamını oxuyun.
Bəzi hallarda biz arıqlamaq üçün əlimizdən gələni edirik: məşq salonlarına gedirik, uzun müddətli qaçışa çıxırıq axşam evə qayıtdığımız zaman isə bütün bu əziyyətimizin mükafatı kimi özümüzə yağlı, şirin, bol kalorili yeməklər hədiyyə edirik. Əgər siz də bu sistem əsasında işləyənlərdənsinizsə, xəbəriniz olsun ki, yalnış yöndəsiniz. Bütün bunların əvəzinə səhər istədiyiniz qədər yemək yeməyiniz daha məqsədəuyğundur. Mütəxəssislər hesab edirlər ki, gün ərzində alacağımız bütün kalorinin 35-40%-ini səhər yeməyində qəbul etməli, sonra günümüzü elə formada planlaşdırmalıyıq ki, qəbul etdiyimiz bütün kalorini yandıra bilək. Bunun üçün isə səhər yeməyində daha çox süd məhsulları, eləcə də yumurta və buğda çörəyi yeməyimiz məsləhət görülür. Çünki süd də digər süd məhsullarının tərkibində olan zülallar əzələlərimizin artmasına, eləcə də məşqdən sonra qəbul etdiyimiz yağları asanlıqla yandırmağımıza kömək edir. İkinci səhər yeməyi
Bu cədvələ uyğun olaraq səhər yeməyi ilə günortanın arasında ikinci dəfə səhər yeməyi yeyə bilərsiniz. Səhər ikinci dəfə yemək yeməyiniz daha az kalori qəbul etməyinizə şərait yaradacaq. Saat 3-4 arası yeyəcəyiniz ağır günorta yeməyindənsə, günorta yeməyindən əvvəl qəbul edəcəyiniz qidalar iştahınızı daha da azaldacaq. Nahar yeməyi
Naharda da istədiyiniz qədər yemək yeyə bilərsiniz. Daha yaxşı olar ki bu zaman menyunuza bol miqdarda tərəvəz, çərəz və meyvə daxil edəsiniz. Yeməklə yanaşı, salat və sub yeməyi də unutmayın. Günorta nə qədər vitaminli yemək yesəniz, orqanizminiz axşam yeməyinə bir o qədər hazır olar. Axşam yeməyini müəyyən qədər azaltmağa məcbur olduğunuz üçün günorta naharına xüsusi diqqətlə yanaşın. Şam yeməyi
Bu zaman əsas yeməyə başlamazdan əvvəl göyərti və tərəvəzlə bol salat yeməyiniz daha məsləhətlidir. Bununla siz aclığınızı müəyyən qədər aradan qaldırmış olacaqsınız. Daha sonra əsas yemək kimi yağsız, qızardılmış ət və ya somon balığı yeyə bilərsiniz. Ümumilikdə isə şam yeməyini digər yeməklərdən fərqləndirən əsas cəhət bu zaman qəbul edəcəyiniz kalorinin günün digər hissələrindəkinə nisbətən 12% daha az olmasıdır. Buna görə də çalışın şam yeməyində boşqabınızı daha da kiçildəsiniz.
Əziz kişilər, bu cədvəlin əsas məqsədi sizin yorucu məşqlərdən sonra itirdiyiniz enerjini yenidən bərpa etməyinizdir. Buna görə də əgər bu resept üzrə qidalanacaqsınızsa, sərt məşq planına başlamağı unutmayın.
***** QaraQan.az